Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr

İstehsalçıdan asılı olmayaraq istənilən smartfonun “zəif bəndi” akkumlyatordur.

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyada Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bildirib.

Onun sözlərinə görə, istənilən akkumlyator batareyasının (o cümlədən smartfondakının) doldurma və boşalma dövrlərinin sayında məhdudiyyət olur. Bu miqdar keçildiyi təqdirdə, cihazın məhsuldarlığında azalma ola bilər, bəzən isə hətta isti və ya soyuq havada gözlənilmədən sönə bilər.

“Batareya smartfonun işinə təsir göstərir. Batareya artıq köhnəldikdə, yəni çox sayda şarj olunanda cihaz isti və ya soyuq havalarda daha çox enerji itirməyə başlayacaq. Məsələn yayda kondisionerli otaqdan istiyə, yaxud qışda isti otaqdan soyuğa çıxılarkən zəng gələrsə, smartfon qəfil sönə bilər. Ancaq bu problemin həlli var - sadəcə cihazdakı batareya dəyişdirilməlidir”, - deyə Murtazin izah edib.

Onun sözlərinə görə qadjetin korpusunun quruluşundan asılı olmayaraq batareyanı dəyişdirmək mümkündür.

“Hər hansı xidmət mərkəzində batareyanı dəyişdirmək olar. 3-4 ildən bir bunu etmək tövsiyə olunandır”, - deyə Murtazin bildirib.

Mütəxəssis eyni zamanda batareyanın rəsmi xidmət mərkəzində dəyişdirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ucuz, sertifikatlaşdırılmamış analoq almaqla pula qənaət etmək cəhdi daha ciddi xərclərə, hətta cihazın məhv olmasına səbəb ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            687 22.07.21 11:51