Professor: "Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir" - XƏBƏRDARLIQ! » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

Professor: "Soyuqlar başlayanda bütün respirator infeksiyaların aktivləşməsi gözləniləndir" - XƏBƏRDARLIQ!

"Payız və qış aylarında artıq soyuqlar başlayır və bu zaman bütün respirator infeksiyaların, o cümlədən COVID-19 virusunun aktivləşməsi gözləniləndir".

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildirib. Onun sözlərinə görə, qadağaların aradan qaldırılması, məktəblərin açılması təmasların sayını artırır: "Hələ ki, yoluxma böyük sürətlə artmır. Qorunma tədbirlərinə ciddi əməl olunması yoluxma sayını nəzarətdə saxlaya bilər. Camaatda da arxayınlaşmanın müəyyən qədər rolu var, koronavirusun ikinci plana keçirildiyi hiss olunurdu. Dəfələrlə qeyd etmişik ki, arxayınlaşmaq olmaz".

A. Qurbanov bildirib ki, insanlar gigiyena qaydalarına ciddi əməl etməlidirlər: "Hazırda Avropa ölkələri və bütün dünya ölkələrində koronavirus daha çox narahatedici məsələyə çevrilib. Bəzi ölkələrdə qadağa çağırışları səslənir. Yoluxma sayları bütün dünyada artır".

Mütəxəssis qeyd edib ki, Azərbaycanda qadağalar ləğv olunsa da, bəzi qaydalar hələ də qüvvədədir: "Amma insanlar sanki hazırda karantin rejiminin qüvvədə olduğunu, bəzi qaydaların olduğunu unudurlar. Artıq insanlar arxayınlaşdılar, eyni zamanda təmaslar artdı. Nəticədə yoluxma sayları da artdı".

Onun sözlərinə görə, bugünkü yoluxma sayı son dərəcə narahatedici hal deyil, amma daha çox artım olarsa, bu bizi narahat edə bilər: "Buna görə də insanlar lazımsız təmaslardan qaçmalı, imkan daxilində distant işləməli, sosial məsafəni qorumalıdır. İctimai nəqliyyatda, metroda, marketlərdə, təmas olan istənilən yerdə maskadan mütləq istifadə olunmalıdır. Artım daha da çox olarsa, səhiyyə sistemi yenidən yüklənə bilər. Ağır xəstələrin sayı çoxala bilər, arzuolunmaz hallar da artar. Bu vaxtları biz yaşamışıq, amma indi hamımız birlikdə çalışmalıyıq ki, həmin dövlər daha qayıtmasın. İnsanlar çox diqqətli olmalıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 332 13.10.20 23:31