Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb

Smartfonun batareyası mobil siqnalın zəif olması da daxil olmaqla bir çox amillərə görə tez tükənə bilər.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.

Onun sözlərinə görə, batareya həm də arxa planda işləyən proqramlar, fon rejimində işləyən proseslər, batareyanın temperaturunun çox aşağı olması, həmçinin “smart saat” kimi daşına bilən “ağıllı” cihazlarla məlumatların sinxronizasiyasına görə sürətlə boşala bilər.

“Bunun niyə baş verdiyini anlamaq üçün əvvəlcə hansı proqramların arxa planda işlədiyini yoxlamaq lazımdır. Məsələn, bu, proqramların tez-tez “buludla” sinxronizasiya edilməsi, məlumatları istifadəçinin digər cihazlarına göndərilməsinə görə ola bilər. “Android” və “iOS”-da buna “Ayarlar”ın “Batareya” bölümündə baxmaq olar”, - deyə ekspert bildirib.

V.Qritsenko qeyd edib ki, “Android” smartfon istehsalçıları hazırda arxa plandakı proqramların həddindən artıq güc istehlakı ilə mübarizə aparırlar və əksər hallarda hazırda istifadə edilməyən bütün proqramları zorla dayandırırlar. Ancaq o, bu addımı dəstəkləməyərək, belə tədbirlərin buraxılmış mesajlar və zənglər kimi bir sıra narahatlıqlara səbəb olduğunu deyib.

“Smartfon “ağıllı saatla” birlikdə istifadə edilərsə və əldə xarici batareya yoxdursa, ancaq telefonun daha uzun müddət işləməsi lazımdırsa, “Bluetooth”u söndürməyə cəhd edə bilərsiniz. Bu zaman “ağıllı saat” smartfondan ayrı işləyir. Düzdür, “ağıllı saat”ın bildiriş alması dayanır, ancaq bu addım təcili vəziyyətdə batareyanın ömrünü uzatmağa kömək edir”.

Smartfonun akumlyatorunun tez boşalmasına səbəb olan başqa bir amil küçədə soyuq havadır. Belə telefonlarda istifadə olunan litium-ion batareyaların gücü soyuq havalarda azalır.

“Əgər batareya köhnəlibsə və bir neçə dəqiqə olsa belə şaxtalı havada istifadə edilirsə, cihazınız sönə bilər. Onu istiləşdirməyə cəhd edə bilərsiniz, ancaq bunu saç qurutma maşını və ya istilik batareyaları üzərində etməməlisiniz. Həddindən artıq yüksək temperatur batareyaya zərərlidir", - deyə V.Qritsenko sözlərini tamamlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 114 29.08.20 14:40