Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:35 Azov dənizində azərbaycanlıların olduğu gəmi batır - VİDEO  |     17:21 Xanım prokurorlara yeni vəzifə verildi  |     17:07 Bakıda tarixi binada restoran mübahisəsi: Söküntü işləri aparılır  |     16:58 Rusiyadakı Azərbaycan vətəndaşları üçün YENİLİK: Nə dəyişəcək?  |     16:37 Ağdaşda 43 yaşlı qadın əməliyyatdan sonra ölüb  |     16:20 Şagirdlərin elektron yerdəyişməsinə başlanılır  |     15:53 “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verildi  |     15:50 Ölkə ərazisində 11 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA  |     15:24 "Humana" uşaq qidasında GMO aşkarlandı  |     14:17 Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı  |     14:07 Azərbaycanda yeni medal təsis edildi  |     14:07 Azərbaycan tələbələri Qazaxıstanda təhsil alacaq  |     14:03 Azərbaycanda bu institut bağlandı  |     13:56 Bu şəxslərin pensiyasında artım 2 dəfə olacaq - Deputatdan açıqlama  |     13:41 Bağlanan “Nuxa” “qumar kralı”nın imiş...  |     13:25 Bu yağ depressiyanın dərmanıdır  |     13:23 Ötən ay təcili yardıma neçə müraciət daxil olub?  |     13:21 Bakıya sabah da qar yağacaq  |     13:18 FHN-nin akademiyasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! (VİDEO)  |     13:15 FHN: Mingəçevir su anbarında batan şəxslərin axtarışı aparılır  |    

Əcnəbilərdə Azərbaycan haqqında yaranmış 5 mif

Hər hansı ölkə haqqında fikir bildirmək üçün ora ən azı bir dəfə səfər etmək lazımdır.
Bu bizim ölkəyə də aiddir. Azərbaycanla bağlı əcnəbilərdə müxtəlif miflər yaranıb. Bizimyol.info xəbər verir ki, “Nomads” bunlardan 5-ni seçərək fərqləndirib.

1 – Azərbaycanı kasıb ölkə sayırlar. Elə bilirlər ki, burada pomidordan başqa heç nə yoxdur. Yazıda qeyd olunub ki, əlbəttə, Azərbaycan pomidoruna söz ola bilməz, amma neftin yaratdığı imkanları da unutmaq doğru deyil. Bizim ölkənin ÜDM-ə görə dünyada 71-ci yeri tutduğu, Gürcüstanı, Ermənistanı geridə qoyduğu xüsusi vurğulanıb.

2 – Azərbaycanı müsəlman ölkəsi olaraq təhlükəli hesab edirlər. Yazıda narahatlığa əsas olmadığı, sovet dövrünün dini dayaqları sarsıtdığı önə çəkilib.

3 – Azərbaycanda hələ də müharibə getdiyini düşünənlər var. “Nomads” Dağlıq Qarabağ probleminə diqqət ayırıb. Müharibə şəraitində olduğumuz, amma döyüşlər getmədiyi yazılıb. Yəni turistlər üçün problem yoxdur.

4 – Bəzi soyadlarla Azərbaycana gəlmək mümkün deyil. Yazıda bunun həqiqət olduğu bildirilib. Təbii ki, erməni soyadı olanları gömrükçülərimiz ciddi yoxlamalıdır, lazım gəlsə, ölkəyə buraxmamalıdırlar. Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan gedənlər bura ayaq basa bilməyəcək.

5 – Azərbaycan mətbəxinin Türkiyə süfrəsinin parodiyası olduğu fikri yaranıb. Halbuki həqiqət deyil. Azərbaycan mətbəxində Qafqaz və İran elementləri daha çoxdur. “Nomads” bu fikirdədir. Yazıda pitinin, bir neçə növ plovun dadına baxmaq məsləhət görülür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 110 10.02.20 20:16