Uşaqlara xarici dillərin tədrisini məktəbəqədər yaş dövründə başlamaq lazımdır.
Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Nijeqorod Dövlət Universitetinin psixofiziologiya kafedrasının dosenti Valeriya Demaryova deyib.
Onun sözlərinə görə, artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir: "Deməli, (uşaq - red.) bilik əldə etməyə hazırdır".
"Hesab edirəm ki, 3-4 yaşında uşaqlara artıq xarici dili öyrətmək olar və lazımdır. Özü də bunu kiçik, məsələn 4-5 nəfərdən ibarət qruplarda etmək lazımdır", - Demaryova deyib.
Onun fikrincə, pedaqoqlar xarici dilin tədrisini əlifba ilə başlamamalıdırlar: burada cizgi filmlərinə baxmaq, şerlər və mahnılar oxumaq daha uyğun olardı.