Azərbaycanda işlənmiş, çirkli "pamperslər" əhalidən alınır – MÜƏMMALI BİZNES - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |    

Azərbaycanda işlənmiş, çirkli "pamperslər" əhalidən alınır – MÜƏMMALI BİZNES - FOTO

Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda "İşlənmiş pamperslərin alışı" adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.

Median.Az
medicina.az-a istinadən bildirir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.


Bir bez üçün 0.03 qəpik təklif edən naməlum "biznes" nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər. Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.


"İşlənmiş pampersləri nə edəcəksiz, niyə alırsız" sualının cavabı da müəmmalıdır: "Bu, biznes sirridir".

Təklif bir qədər iyrənc olsa da, bir çox kasıb ailələr işlənmiş pamperslərin 10-20 ədədini yığıb pul götürməkdə maraqlıdır.

İşlənmiş pamperslər sonradan fabrikdə emal olunub təzə pampers hazırlamaq məqsədilə yığılmır. İşlənmiş pampers biznesi bir çox ölkələrdə var.

Kirli pampersləri bağ-bostan, parnik işlərində istifadə edirlər. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.

Amma Azərbaycanda bu biznesin qanuni olub-olmaması, qaydalara nə qədər əməl edilib -edilməməsi sual altındadır. Görünür, parnik və bostan biznesmenləri məhsuldarlıq və suya qənaət üçün bu metodu seçiblər və onlara kirli pampersləri insanlardan yığan xüsusi bir qrup yardım edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 109 07.09.19 20:29