Azərbaycan prezidenti İlham Əliyev iraqlı həmkarı Bərham Salehə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.