Martın 7-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında polis İdarəsinin, Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Əraziyə baxış keçirilib, yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili əməliyyat nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.
Mina agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.