Azərbaycanda yeni və mühüm dövlət qurumu yaradılır - Prezident Fərman imzaladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |     19:17 Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb  |     19:17 Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib  |     19:16 İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb  |     19:15 Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib  |     19:15 Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     19:14 Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb  |     19:13 Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri  |     19:13 Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək  |     19:13 "İslami Cihad" azad ediləcək iki girovu qaytarıb  |     19:12 Yanvarın son gününə olan hava proqnozu açıqlanıb  |     19:11 Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb  |     19:06 İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb  |     19:06 Gəncədə 31 tüfəng polisə təhvil verilib  |     19:05 İranda ərzaq bahalaşıb  |     19:05 UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq  |     19:04 Sumqayıtda silah-sursat aşkarlanıb  |     19:04 Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb  |     19:03 Ağcabədidə iki avtomobil toqquşub, ölən var  |    

Azərbaycanda yeni və mühüm dövlət qurumu yaradılır - Prezident Fərman imzaladı

Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.

Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Bildirilir ki, səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb: "Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi", "Açıq hökumət məlumatlarından istifadə edilməsi" və "Elektron hökumət həlləri" kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, "Dünya Bankı"nın "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik" prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik" prinsipləri təhlil edilmişdir".

Məlumatda vurğulanır ki, dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları"ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib: "Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 738 17.07.18 16:38