İlham Əliyev: "Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb  |     22:56 Şəkidə qəza baş verib, xəsarət alanlar var  |     22:50 Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı  |     22:43 Yuxuda əncir görmək nəyə işarədir?  |     22:37 25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı  |     22:31 Rayon sakinini aldadıb pulunu alan qadın tutuldu  |     22:25 Bu pəhrizlər diabet riskini artırır  |     22:20 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     22:13 Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)  |     22:08 Verilişi bağlanan Amil Xəlilin yeni işi  |     22:01 İradə Zeynalova səfir təyin edildi  |     21:56 Astronomlar Marsda qəribə struktur tapdı - Bu, planetdə həyatın əlaməti ola bilər  |     21:50 İnstitut direktoru vəfat etdi  |     21:43 Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib  |     21:35 Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq  |     21:31 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 2 terrorçu öldürülüb  |     21:24 Ukraynaya “Patriot” kompleksi üçün radar verilib  |     21:19 Azərbaycanda əhalinin sayı açıqlanıb  |     21:13 "Çelsi" hücumçusu ilə 9 illik müqavilə imzalayıb  |     21:05 MSK Mustafa Hacılının iddiasını təmin etməyib  |    

İlham Əliyev: "Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil"

"İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanandan əvvəl də belə deyildi".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

"Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Doğrudan da, son dövrlərdə yüksəksəviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə - red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir", - deyə dövlətimizin başçısı əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            336 20.07.24 17:38