Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:01 Bakıda bacısını boğaraq qətlə yetirən şəxs məhkəmə qarşısında  |     13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |    

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərindədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 11.07.24 14:13