Mojo.az Banner
17:56 Azərbaycanda palçıq vulkanı püskürdü  |     17:51 Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi  |     17:36 Gömrükdə götürülmüş 164 milyon manatlıq narkotik məhv edildi  |     17:26 Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb  |     17:19 Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq  |     16:28 Kuryerin velosipedini oğurladı, "Kubinka"da icarəyə verdi  |     16:18 Azərbaycanda kitabxanalar bağlanır? - Nazirlikdən reaksiya  |     16:17 Poti-Bakı blok-qatarı yola salındı - Yükdaşıma sahəsində yenilik  |     16:14 Polis keçmiş məhkumdan dörd kiloqram narkotik vasitə aşkarladı  |     15:12 Məktəblərdə qış tətili başa çatır  |     14:54 Bu uşağın valideynləri axtarılır - Video  |     14:40 "Qurtuluş" Reabilitasiya Mərkəzində saxlanılanlar ailələrinə qaytarıldı  |     14:37 "Azərbaycanfilm" ləğv ediləcək?  |     14:36 Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib  |     14:15 Sabah hava yağmursuz olacaq  |     14:08 Yaxın iki ildə yeni mənzillərin qiymətində hansı dəyişikliklər gözlənilir?  |     14:08 Bakıda iki nəfərin hamamda meyiti tapıldı  |     14:07 Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb  |     14:06 Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     13:54 Baş idarə əməliyyat keçirdi: 34 kiloqramdan çox narkotik aşkarlandı - Video  |    
Left Banner
Right Banner

Pakistan prezidenti İlham Əliyevi təbrik edib

10.06.2024 18:02 1 107
Pakistan prezidenti İlham Əliyevi təbrik edib
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Son 30 ildə ölkələrimiz arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir.

Bu müsbət tendensiyanı davam etdirmək və ikitərəfli əlaqələri yeni zirvələrə yüksəltmək niyyətindəyik.

Zati-alinizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində şəxsi səylərini və qətiyyətini yüksək qiymətləndirirəm. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcəkdir.

Cənab Prezident, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyiniz xahiş edirəm".скачать dle 11.3