Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Dost ölkənizin milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı inkişafını diləyirəm.
Hörmətli cənab Prezident, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah arzulayıram".