İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir (Yenilənib) » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:51 Xəzər dənizində qadın batıb  |     18:39 Göygöldə narkotik vasitədən istifadə edən sürücü həbs edildi  |     18:28 Rusiya XİN: "Paris İrəvandan öz məqsədləri üçün istifadə etməyə çalışır"  |     17:27 Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib  |     17:26 Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib  |     17:24 Oliqarx Leysan Məmmədovun oğlu "Sea Breeze"də yenidən dava saldı – Şok təfərrüat (VİDEO)  |     17:22 Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb  |     16:58 Aktyor: “Tiktokda hədiyyə istəyənlər dilənçidirlər”  |     16:31 İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında  |     15:52 Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     15:29 Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi  |     15:21 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, QAR...  |     15:11 Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb  |     15:03 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO  |     14:46 Keçmiş məhkum dələduzluğa görə tutuldu  |     14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |    

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir (Yenilənib)


İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm".

Həmçinin, Hindistan Respublikasının Prezidenti Draupadi Murmu da dövlətimizin başçısına təbrik məktubu göndərib:

"Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

* * * * *

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 27.05.24 13:03