İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |    

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - YENİLƏNİB (FOTO)

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.

Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.

Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.

* * * * *

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.


Bu barədə President.az xəbər verir.













скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 16.03.24 15:04