Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |     13:12 "Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb  |     13:10 Серия А: гол Консейсау принес "Ювентусу" победу над "Интером"  |     13:08 Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? - VİDEO  |     13:05 Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR - VİDEO  |     13:04 İranda zəlzələ baş verdi  |     13:02 Ukraynada prezident seçkisinin tarixi açıqlandı  |    

Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi

Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz.

Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 791 22.02.24 17:35