İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:18 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir  |     12:52 Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı  |     12:35 Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?  |     12:34 Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir  |     12:33 Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı  |     12:32 İllər sonra “Arşın mal alan” filminin çəkilişindən olan nadir fotolar üzə çıxıb - VİDEO  |     12:30 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT  |    

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

President.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək.

İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.

Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            948 16.02.24 22:57