Azərbaycanın milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |    

Azərbaycanın milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi haqqında Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə yaradılan İşçi Qrupunun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini daxil edilib.

Bundan əlavə, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini” sözləri “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 363 29.12.23 13:26