“LUKOYL”un sabiq prezidenti və Baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |     13:12 "Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb  |     13:10 Серия А: гол Консейсау принес "Ювентусу" победу над "Интером"  |     13:08 Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? - VİDEO  |     13:05 Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR - VİDEO  |     13:04 İranda zəlzələ baş verdi  |     13:02 Ukraynada prezident seçkisinin tarixi açıqlandı  |     13:01 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür  |     12:55 İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi - VİDEO  |    

“LUKOYL”un sabiq prezidenti və Baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.

“LUKOYL” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım”, - məktubda deyilir.

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İcazə verin, doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.

Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın, tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirilir.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək niyyətindəyik.

Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm”, - məktubda deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 291 27.12.23 20:42