“Bu qurultay “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və ümummilli liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.
“Ulu öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərib. Təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaşayıb. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir”, - deyə Prezident İlham Əliyevin məktubda qeyd olunub.