Mojo.az Banner
19:09 İcra başçısının ailəsinə itki  |     19:00 QHT sədri yol qəzasında öldü - FOTO  |     18:48 Azərbaycanda beş idarə ləğv edildi  |     18:40 Azərbaycan Rusiyaya nota verdi  |     18:31 Xırdalanda şagirdi təkləyib döydülər  |     18:20 "340 manat maaşla ailəmi dolandıra bilmirdim" - Qumar oyunları təşkil edən dəstə üzvü  |     18:12 Ermənistan məhkəməsi din xadiminin cəzasını dəyişdi  |     18:11 Bakıda ağacları kəsdilər - Təbiətə 25 min manat ziyan vuruldu  |     18:08 Paytaxtda sıxlıq olan küçələrin siyahısı  |     17:55 10 günün əsgəri hospitalda öldü  |     17:41 "İdrak" liseyində müəllimini güllələyən şagirdin FOTOSU  |     17:40 Azərbaycanda beş idarə ləğv edildi - Aralarında dövlətə borcu olanlar da var  |     17:27 Bu marşrutların hərəkət sxemi dəyişdirilir  |     16:55 Vüqar Səfərlinin əmlaklarından birinin müsadirəsi barədə qərar ləğv olundu  |     16:51 Müəllimini güllələyən şagirdin liseyə silahla daxilolma görüntüləri - ANBAAN VİDEO  |     16:36 Məşhur türkiyəli aktrisa vəfat etdi  |     16:31 Azərbaycan və İran müdafiə nazirləri Bakıda görüşdülər  |     16:11 Əcnəbilərə qaytarılan “tax free”nin məbləği açıqlandı  |     16:09 Türkiyədə daha bir zəlzələ oldu  |     16:03 Bakıda şagirdi tərəfindən güllələnən müəllimə əməliyyat olundu: Vəziyyəti necədir?  |    
Left Banner
Right Banner

İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

13.12.2023 15:55 2 235
İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev dekabrın 13-də Bakıda keçirilən Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Əziz gənclər!

Sizi - Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Forumun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz ulu öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirib və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə edib. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirib, cəmiyyətin etimadını layiqincə doğruldub.

Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var.

İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, ulu öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”.скачать dle 11.3