İlham Əliyev: “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır  |     14:10 Tanınmış plastik cərrah Türkan Gündüzü öldürən ərinə 17 il həbs cəzası verilib  |     14:08 Bazar dəyərindən ucuz satışa çıxarılan əşyalara görə pul ödəməyin - ÇAĞIRIŞ  |     14:06 ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular  |     13:32 Soğanın qiymətində artım var - VİDEO  |     13:21 Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var (FOTO)  |     13:12 "Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi  |     13:01 Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək? - VİDEO  |     12:53 Tiqran Keosayan komaya düşdü  |     12:48 Yasamal Uşaq Klinik Xəstəxanasında xəstəyə tibbi müdaxilənin mümkün olmadığı deyilib - SƏBƏB (VİDEO)  |     12:38 Pensiya artımları niyə yanvarda deyil, fevral ayında ödəniləcək?  |     12:07 Azərbaycan XİN Gürcüstana başsağlığı verdi  |     11:50 DİN-dən məktəbin həyətində valideynlərin davası barədə AÇIQLAMA  |     11:38 Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş  |     11:25 Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı  |     11:17 Xırdalanda 72 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     11:00 Şagird məktəb yoldaşını xəstəxanalıq etdi  |     22:48 Yeni ilin yeni un qiymətləri  |     22:29 "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirilib  |     22:16 Belarus Ukrayna ilə sərhədə qoşun yığdı  |    

İlham Əliyev: “Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb”

“Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilib”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.

Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platformasının əhaliyə ciddi dəstək mexanizminin formalaşdırdığı vurğulanan məktubda, həmçinin qeyd olunub:

“Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artıb, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşüb, sosial ödənişlərdə dəfələrlə artımlar edilib. Təkcə son dörd ildə qəbul edilmiş dörd sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunub, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə iki dəfə artıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 362 23.11.23 13:07