Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni mexanizmlər ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, "Report”a müraciət edən bir neçə vətəndaş qüvvəyə minən müvafiq dəyişikliklərin hazırda hərbi xidmətdə olan 31-35 yaşlı şəxslərə şamil olunub-olunmayacağı haqqında sual ünvanlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.

Həmçinin, müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 09.01.25 14:39