Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular

09.01.2025 14:06 1 818
ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində meşə yanğını başlayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

"Pasifik Palisades" adlı nüfuzlu yaşayış massivindəki yanğın sahəsi 65 kvadrat kilometrə çatır.

Yanğın nəticəsində 5 nəfər həyatını itirib. Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb.

Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. Qeyd edək ki, yanğınla əlaqədar Bayden İtaliyaya səfərini təxirə salıb və ərazidə fövqəladə vəziyyət elan edilib.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, yanğın baş verən ərazidə yaşayan azərbaycanlılar da var. Onların bəzisi artıq ərazidən təxliyə edilib.

Los-Anceles sakini olan azərbaycanlı Aqil Qurbanov açıqlamasında bildirib ki, Los-Anceles tərəfdən 15-20 min nəfər evakuasiya olunub:

"Yanğın geniş bir ərazini əhatə edib. Yanğın 3 tərəfdən başlamışdı, artıq 5-6 tərəfə yönəlib. Əsas yanğın deyil, onun səbəb olduğu tüstünün verdiyi zərərverici qazlardır. Xüsusilə də 15-20 min nəfər Los-Anceles tərəfdən evakuasiya olunub. Hərə bir tərəfdə yaşayır. Buna görə də nə qədər azərbaycanlıya ziyan dəydiyi bilinmir. Hələ heç bir məlumat yoxdur. Evakuasiya olunanlar arasında azərbaycanlılar var. Dostlarımız, tanışlarımız var ki, zəng edib onlarla maraqlanırıq".

Aqil Qurbanov yanğınla əlaqədar artıq bir ailənin Bakıya qayıtdığını söyləyib:

"Telefonlara ərazidən evakuasiya barədə mesajlar yollanır. Məcburi evakuasiya olunma ilə bağlı mesaj olduqda artıq orada qalmaq mümkün deyil. Çünki bu, artıq dövlət tərəfindən göstərişdir. "Evakuasiyaya hazır olun!" - mesajı isə xəbərdarlıq xarakteri daşıyır. İkinci tip mesajda havada tüstünün və qaz həcminin çox olduğu qeyd edilir. Belə olanda insanlar ərazini tərk etmək istəyirlər ki, tıxaca düşməsinlər.

Bir neçə azərbaycanlı ailə ərazidən evakuasiya olundu. Daha doğrusu, onlara gələn mesajdan sonra özləri daha təhlükəsiz əraziyə köçdülər. Hətta bir azərbaycanlı ailə Bakıya qayıtdı. Bu ailə onsuz da Bakıya qayıdacaqdı. Lakin yanğın onları narahat etdi və Bakıya uçuşu daha da tezləşdirdilər. Mənim yaşadığım ərazidə hələ evakuasiya ilə bağlı mesaj gəlməyib, ona görə də hələ buradayam. Havada tüstünün həcmi çoxdur. Hava o qədər pis olmasa da, bunu hiss edirsiniz. Sanki Novruz bayramında Bakıda tonqal qalanıb və hər yerdən tüstü iyi gəlir".

Son xəbərlər