Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avstraliya hökuməti əhalini riskli ərazilərdən çıxmağa çağırdı

09.01.2020 15:23 3 993
Avstraliya hökuməti əhalini riskli ərazilərdən çıxmağa çağırdı
Avstraliya hökuməti yüksək yanğın səbəbi ilə insanlardan risk bölgələrini tərk etmələrini istəyib.

TASS-ın verdiyi xəbərə görə, hazırda Viktoriya ştatında 23 genişmiqyaslı meşə yanğınları qeydə alınıb.

Avstraliyanın cənub-şərqindəki üç ştatın səlahiyyətliləri sakinləri həddindən artıq yanğın təhlükəsi səbəbi ilə risk bölgələrini tərk etməyə çağırıb.

Meteoroloqlar qitədə təhlükəli vəziyyətin yanvarın 11-i axşamadək davam edəcəyini bildirib.

Proqnoza əsasən, yanvarın 10-da qitənin bütün şərq sahillərində 40 dərəcədən yüksək olan isti və quru hava şəraiti üstünlük təşkil edəcək və güclü şimal-qərb küləyi əsəcək.

Viktoriya ştatının Baş naziri Daniel Andreus cümə axşamı öz “Twitter” hesabında bildirib ki, yüksək riskli bölgələrdə nə qədər az insan olsa, bir o qədər yaxşıdır. Ehtiyatlı olun.

Hazırda ştatda 23 genişmiqyaslı meşə yanğınları qeydə alınıb, 13 rayon üçün təxliyyə hazırlıqları ilə bağlı xəbərdarlıqlar verilib, 19 rayon sakinlərinə təcili olaraq evlərini tərk etmək əmri verilib.

Regional yanğınsöndürmə xidmətindən verilən məlumata görə, 1,2 milyon hektardan çox meşə sahəsi və ilkin hesablamalara görə, 400-dən çox yaşayış evi yanğın nəticəsində məhv olub. Ştatda meşə yanğınları nəticəsində üç nəfər ölüb.скачать dle 11.3

Son xəbərlər