Mojo.az Banner
13:58 Lerikdə güclü qar evin dam örtüyünü uçurub  |     13:39 Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur  |     13:24 Gəncədə "BakuBus"a məxsus avtobus PİYADANI VURUB  |     13:09 Bakıda gənc oğlan küçədə infarktdan öldü  |     13:01 "Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib  |     12:53 Onların müalicəsi yalnız dövlət tibb müəssisələrində pulsuz olacaq  |     12:48 Pensiyaçılara şad xəbər  |     12:20 Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib (Video)  |     12:08 Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video  |     12:07 Azərbaycan nefti ucuzlaşıb  |     12:06 "Ailə Park"ın səhlənkarlıqda təqsirləndirilən direktoru ilə bağlı qərar ləğv edildi  |     12:01 Zakir Fərəcov yayılan görüntülərlə bağlı İCLAS KEÇİRDİ: Samir Bədəlova XƏBƏRDARLIQ EDİLDİ  |     11:51 Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar  |     11:49 Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı  |     11:47 Azərbaycanda cibdə qatlanan bıçaq gəzdirmək qadağan oluna bilər - DEPUTATDAN TƏKLİF  |     11:39 Azərbaycanda satılan uşaq qidasında ÇİRKLƏNDİRİCİ aşkarlandı (FOTO)  |     11:34 Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar  |     11:30 Leyla Əliyeva Davos səfərindən paylaşım etdi - FOTO  |     11:21 Bakıda ağır qəza: Ölən var  |     11:16 Qəbul və buraxılış imtahanlarının VAXTI AÇIQLANDI  |    
Left Banner
Right Banner

Prezident: “Azərbaycan bəşəriyyət üçün aktual olan məsələlərə hər zaman xüsusi diqqət ayırıb”

21.11.2023 12:28 2 703
Prezident: “Azərbaycan bəşəriyyət üçün aktual olan məsələlərə hər zaman xüsusi diqqət ayırıb”
“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırıb, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparıb. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir. XXI əsrdə qadınların, təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olması deməkdir”.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanın kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından narahat olmasının vurğulandığı müraciətdə bildirilib:

“Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin, dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir”.скачать dle 11.3