ATƏT: “Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün konstruktivlik vacibdir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:19 Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verildi - FOTO  |     14:11 Bakıda filmlərdə gördüyümüz adam oğurluğu - Aeroportdan qaçırıblar  |     14:08 Gəncədə 18 yaşlı qadın bıçaqlandı - onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu (YENİLƏNİB)  |     23:01 Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb  |     22:56 Şəkidə qəza baş verib, xəsarət alanlar var  |     22:50 Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı  |     22:43 Yuxuda əncir görmək nəyə işarədir?  |     22:37 25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı  |     22:31 Rayon sakinini aldadıb pulunu alan qadın tutuldu  |     22:25 Bu pəhrizlər diabet riskini artırır  |     22:20 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     22:13 Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)  |     22:08 Verilişi bağlanan Amil Xəlilin yeni işi  |     22:01 İradə Zeynalova səfir təyin edildi  |     21:56 Astronomlar Marsda qəribə struktur tapdı - Bu, planetdə həyatın əlaməti ola bilər  |     21:50 İnstitut direktoru vəfat etdi  |     21:43 Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib  |     21:35 Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq  |     21:31 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 2 terrorçu öldürülüb  |     21:24 Ukraynaya “Patriot” kompleksi üçün radar verilib  |    

ATƏT: “Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün konstruktivlik vacibdir”

Azərbaycanla Ermənistan arasında sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktivlik vacibdir.

Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycana səfəri ilə bağlı təşkilatın yaydığı bəyanatda deyilir.

“Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycanın öz Qarabağ regionu üzərində nəzarəti bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib.

ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüblər. Görüşlərdə Azərbaycanın ATƏT PA-da fəal iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd edilib”, - bəyanatda qeyd edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 959 14.11.23 21:54