Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |     20:22 İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb  |    

Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”

“Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı bildirib:

“Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 928 09.11.23 13:04