Mojo.az Banner
14:42 Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI  |     14:19 "Qarabağ"ın "Nyukasl"la oyunu hansı kanalda yayımlanacaq?  |     14:04 Ukrayna Lukaşenkoya qarşı sanksiya tətbiq etdi  |     13:42 Paşinyan ABŞ-yə işgüzar səfərə getdi  |     13:33 Ağızdan gələn xoşagəlməz qoxunun gizli səbəbləri  |     13:28 Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır  |     13:27 Cenevrədə Ukrayna üzrə danışıqlar bağlı qapılar arxasında davam edəcək  |     13:19 Ölüm halları ilə ad çıxaran Sabunçu Tibb Mərkəzinin direktoru İŞDƏN ÇIXARILIB?  |     13:10 ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb  |     13:08 Sabah Bakıda 23 dərəcə isti olacaq  |     12:57 Ucarda itkin düşən 62 yaşlı kişinin meyiti tapıldı  |     12:49 Tiktoker Benizin məhkəməsində şok etiraf: "Suraxanıya düşsün deyə kartına 500 manat atdım"  |     12:41 Azərbaycanda bəzi şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək  |     22:43 Bakıda torpaq sürüşməsi baş verib (VİDEO)  |     22:24 Kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlər məlum olub (VİDEO)  |     21:31 Telegramda 187 mindən çox kanal bloklandı  |     21:17 Entoni Elanqa: ""Qarabağ" müsbət mənada qeyri-adi komandadır"  |     21:07 Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü (FOTO)  |     21:01 2026-cı ilin ilk Günəş tutulması başa çatıb  |     20:56 Tiktoker Sərdar həbs edildi  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

01.11.2023 11:28 1 500
Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım, 1 Noyabr - İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Əlcəzair xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.

Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.скачать dle 11.3
Mojo.az Banner