Prezident: “Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:34 Tarixin ən yaxşı UFC döyüşçüsü seçildi - REYTİNQ  |     22:23 Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Dəqiq tarix açıqlandı  |     21:51 "Çelsi"nin sabiq futbolçusu vəfat edib  |     21:37 Vəzifəli şəxs qəzada ölmüşdü - Ailəsi 1 milyon tələb edir  |     21:17 EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək  |     21:08 Azərbaycan Ordusunun əsgəri intihar etdi  |     20:28 Sabah Bakının 3 rayonunda qaz olmayacaq  |     20:10 KİV: Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq  |     19:58 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib  |     19:48 Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib  |     19:37 Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər  |     19:05 Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  |     18:53 Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır  |     18:33 Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"  |     18:22 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi  |     18:06 Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə  |     17:21 Azərbaycanda jurnalist vəfat etdi  |     17:11 “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib  |     16:46 Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək  |     16:35 Bakıda bahalı avtomobillər yanaraq kül oldu - FOTO  |    

Prezident: “Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır”

“Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.

“Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır”, - deyən dövlətimizin başçısı bildirib ki, MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər.

“Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək, - deyə Azərbaycan Prezidenti əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 494 13.10.23 16:00