Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” hərəkatına qoşulub.
Bu barədə hərəkat nümayəndələri bəyan ediblər.
“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qardaşı Həşmət Qəni Xəlil Əl-Rəhman Hakkaninin iştirakı ilə İslam Əmirliyinə sədaqət andı içib”, - bəyanatda deyilir.
Qeyd edək ki, Xəlil Əl-Rəhman Hakkani “Taliban”la sıx əməkdaşlıq edən “Hakkani şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvüdür. Avqustun 21-də onun Kabildə Əfqanıstanın sabiq baş naziri, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyarla görüşdüyü bildirilir.