“Ermənilər tərəfindən dağıdılan kəndlər. Bura Zallar kəndinin ərazisidir”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.
“Üçüncü yolu da onlar Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları onların gözlərində qaldı. Bizim evlər. Ermənilər tərəfindən dağıdılmış azərbaycanlıların evləri”, - deyə dövlət başçısı qeyd edib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.