Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq? - İlham Əliyev AÇIQLADI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:24 BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi  |     16:17 Saxta gömrük "polkovniki"nə hökm oxundu: 86 min manata vəzifəyə "təyin edirmiş"...  |     16:13 Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO  |     16:04 Vasif Talıbov 1 il sonra göründü (FOTO)  |     15:58 Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?  |     15:41 Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)  |     15:34 Şamaxıda avtomobil yanıb  |     15:29 Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA  |     15:23 Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək  |     15:14 Zeynəb Xanlarova illər sonra Şuşada - FOTO  |     15:08 DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət edib - VİDEO  |     15:01 Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı  |     14:51 Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar - YENİLƏNİB  |     14:49 Məşhur reper Navai Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib  |     14:47 Bakıda kişi gecə saatlarında özünü asdı  |     14:47 Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ  |     14:42 İbrahim Tatlıeses Bakıya əlil arabasında gəldi - FOTO  |     14:39 Ölüm xəbəri yayılan şoumenin səhhəti ilə bağlı AÇIQLAMA  |     14:39 Bazar gününün havası açıqlanıb  |     14:25 Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO  |    

Ələt Azad İqtisadi Zonası investorları qəbul etməyə nə vaxt hazır olacaq? - İlham Əliyev AÇIQLADI

“Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib:

“O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək”.

“Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaq”, - deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 01.07.21 17:35