Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək.

“Report” xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Məlumata görə, layihə iyulun 1-dək “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“İnnovasiyalar Mərkəzi” MMC), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır.

Həmçinin qeyd edilən dövrədək EDM-lərin yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması üzrə bütün prosedurları və xərcləri özündə əks etdirən proseslər xəritəsinin hazırlanmalı və Komissiyaya təqdim olunmalıdır.

Xəritə “Azərişıq” ASC, Energetika Nazirliyi (o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), İqtisadiyyat, Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 11.05.24 14:47