Prezident ölkədəki vaksinasiya prosesindən DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |     17:55 Tacikistanın şimalında zəlzələ oldu  |     17:47 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi  |     17:46 Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə şərti cəza verildi  |     17:41 Azərbaycanda bəzi kursantlara ödəniş ediləcək  |     16:41 Temperatur düşəcək, leysan yağacaq  |     16:30 Qəzzada öldürülən jurnalistlərin sayı 189-a yüksəldi  |     16:15 Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR  |     16:03 Səmayə Piriyeva vəfat etdi  |     15:52 Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu  |     15:48 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib  |     15:28 Bakıda mənzil qiymətləri nə qədər artıb?  |     14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |    

Prezident ölkədəki vaksinasiya prosesindən DANIŞDI

Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib:

“Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır.

Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            966 31.05.21 18:54