Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.
"Qarabağ" "Neftçi"ni qəbul edib.
FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada "Qarabağ" 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. "Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.
"Neftçi"nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Artıq çempionluğu təmin etmiş "Qarabağ"ın 76 xalı var. "Neftçi" isə 50 xalla 3-cü yerdədir.
Bu gün, baş tutan digər görüşdə "Kəpəz"lə "Sumqayıt" heç-heçə edib - 1:1.
Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.