İlham Əliyev: “Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |    

İlham Əliyev: “Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq”

Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq.

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:

“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilməyib. Biz bu mərasimi yeni bulvarda keçirdirik. Yeni bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınıb. Yeni bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərir, xalqa olan qayğını göstərir. Bu, yenilik idi, inkişaf idi. Bu, bizim gücümüzün təzahürüdür. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XIX əsrin müharibəsini aparmışıq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımızı, uğurlarımızı, qələbəmizi öyrənilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 065 12.04.21 17:00