Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”

“Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Dediklərim Ermənistanda müəyyən qruplar tərəfindən sui-istifadə edilə bilər. Məsələni özləri həll etsələr, yaxşıdır”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Əlbəttə qonşu ölkə olaraq, müharibənin başa çatmasını nəzərə alsaq, biz Ermənistandakı vəziyyətlə bağlı biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Onlar üçün bu, sui-qəsd olacaqdır.

Vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Ermənistanda onlar anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə və ya bir neçə ayda baş verənlərin nəticəsi deyil. Bunun birbaşa səbəbi işğaldır. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycana fobia üzərində qurulmuş miflərdən ibarətdir. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir.

Narahat deyiləm ki, Ermənistanda baş verə biləcək hər hansı dəyişiklik 10 noyabr bəyanatının icrasına təsir etsin. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə, ona görə ki, burada Rusiya prezidentinin imzası var. Yəni bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən öncəki dövrlə müqayisədə 10 dəfə artıb. Müharibədən əvvəl də Ermənistan Rusiyadan ən çox asılı olan ölkə idi. Mən Ermənistanı ittiham etmirəm, bu, reallıqdır.

Ermənistanın cürəti, cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?! Yəni burada sadəcə o bəyanatdan söhbət getmir. Söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            849 26.02.21 15:29