Dövlət başçısı FHN və DSX-ni tənqid etdi: “Hərə otursun yerində, öz işi ilə məşğul olsun” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Dövlət başçısı FHN və DSX-ni tənqid etdi: “Hərə otursun yerində, öz işi ilə məşğul olsun”

“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”, - dövlət başçısı deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            789 01.02.21 19:04