Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, heç vaxt” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, heç vaxt”

“Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”.

Bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində müxbirin “Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi?” barədə sualına cavabında səsləndirib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq:

“Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər.

Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır.

Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var.

Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər.

Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 22.10.20 16:38