Makron İlham Əliyevə zəng etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

Makron İlham Əliyevə zəng etdi

Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib.

Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək, atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq, bu prosesə böyük zərbə vurub.

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də, silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 515 03.10.20 14:56