Prezident İlham Əliyev ASAN xidmətə yeni səlahiyyətlər verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi  |     11:54 Bakıda polis bölməsində hüquqazidd hərəkətlər edən şəxs həbs olundu  |     11:41 Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB  |     11:24 Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı  |     22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |    

Prezident İlham Əliyev ASAN xidmətə yeni səlahiyyətlər verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük işi və miqrasiya xidməti sahəsi ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN Xidmət) əlavə səlahiyyətlərin verilməsi ilə bağlı fərman imzaladı.

Fərmana əsasən, Dövlət Agentliyinə gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi, gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi səlahiyyəti həvalə olunub.

Miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı Dövlət Agentliyinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi tapşırılıb.

Eləcə də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası təmin olunması Dövlət Agentliyinə tapşırılıb.

Eyni zamanda yeni fərmana əsasən, kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı, fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin sisteminə daxil edilməsi üçün qəbulu ilə bağlı Dövlət Agentliyinə səlahiyyətlər verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 576 21.08.20 18:48