İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |     12:52 Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ  |     12:25 Sosial şəbəkələrdə qumar oynanılır? - DİN hərəkətə keçdi - VİDEO  |     12:18 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?  |     12:16 Göygöldə avtomobil qaz borusuna ÇIRPILDI: Yaralılar var  |     12:13 Azərbaycanın Xalq artisti VƏFAT ETDİ  |     12:02 35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi  |     11:54 Bakıda polis bölməsində hüquqazidd hərəkətlər edən şəxs həbs olundu  |     11:41 Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB  |     11:24 Azərbaycanda DƏHŞƏT: Qız qaçıran şəxs avtomobilin baqajında ölü tapıldı  |     22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |    

İlham Əliyev Ərdoğanın məktubuna cavab verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Sizin 2020-ci il 5 iyul tarixli məktubunuza görə təşəkkür edirəm.

Mən də öz növbəmdə qardaş Türkiyədə yeni növ koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, virusa yoluxanlara Allahdan şəfa diləyirəm.

Bəşəriyyətin üzləşdiyi koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir.

Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik.

Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 252 06.07.20 17:21