İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |    

İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”

“Azərbaycandan neft və neft məhsulları tədarükü olmadan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsi mümkünsüz olardı”.

Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan çatdırırdı. Bütün bunlar olmadan müharibədə qələbə mümkün olmazdı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Milli Müdafiə” jurnalının yaxın günlərdə işıq üzü görəcək may sayı üçün müsahibəsində deyib.

Prezident qeyd edib ki, Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla mükafatlandırılıb.

“Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü yaxınlaşır. Biz tarixdəki bu günə xüsusi önəm veririk, döyüş meydanında və arxa cəbhədə qələbədə əməyi olanların xatirəsini dərin ehtiramla yad edirik, canları bahasına dünyanı faşizmdən xilas edən zabit və əsgərlərin şücaətinə minnətdarlığımızı bildiririk”, - deyə İ.Əliyev bildirib.

Ölkə başçısı, həmçinin, Azərbaycanda yaradılan 416-cı Taqanroq Diviziyasının Qafqazdan Berlinə qədər şərəfli bir hərb yolu keçdiyini də xatırladıb.

“Bizim ölkəmizdə Böyük Vətən Müharibəsi cəbhələrində rəşadətlə döyüşərək, Azərbaycan bayrağını yüksəklərdə tutan, xalqımızın ən yaxşı keyfiyyətlərini -vətənpərvərlik, cəsarət, doğma vətəninin qorunmasında dəyanət nümayiş etdirmiş bu diviziyanın döyüşçülərinin şücaəti və cəsarəti ilə fəxr edirlər”, - deyə Prezident vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 205 09.05.20 14:43