Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:
Əmirov Cəmil Fikrət oğlu
Göyçayev Teymur Ənvər oğlu
Xanı-zadə Bəxtiyar Oqtay oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Quliyev Qabil Əzizulla oğlu
Şərifov Vaqif Abdulla oğlu
Tağızadə İranə Tofiq qızı.