Emoməli Rəhmon İlham Əliyevə zəng etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |    

Emoməli Rəhmon İlham Əliyevə zəng etdi

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğulayıb və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi aparıblar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 046 07.05.20 17:05