Prezident İlham Əliyev Niyaməddin Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, müğənni, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordeni laureatı N.Musayevin bu il 80 yaşı tamam olacaq.