Prezident: “Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur" - YENİLƏNİR » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:11 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR  |     14:10 Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər - FOTO  |     14:06 Azərbaycanda xanəndə vəfat etdi  |     13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |    

Prezident: “Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur" - YENİLƏNİR

"Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur".

"Report" Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Dövlət başçısı deyib: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"

Dövlətimizin başçısı deyib ki, biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik - ərazilərin bir hissəsinin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması. Dağlıq Qarabağın statusu sonra müəyyənləşdirilə bilər. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü ilə qarışdırılmamalıdır.

***21:02

Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

"Report Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.

***20:55

Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.

"Report" Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır.

***20:45

Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.

"Report" Prezidentin köməkçisi Hikmət Hacıyevin "Twitter" səhifəsinə istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

***20:38

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilir.

"Report" xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 393 15.02.20 21:39