Prezident fərman imzaladı - Güzəştli mənzillərlə bağlı qaydalara dəyişiklik » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:06 Azərbaycanda xanəndə vəfat etdi  |     13:34 Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü  |     13:20 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib  |     12:57 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  |     12:53 Avtоmоbilini keyfiyyətsiz təmir edən ustanı döyən şəxsin cəzası azaldıldı  |     12:33 Polkovnikin oğlu ev dustaqlığına buraxıldı  |     12:25 Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb - VİDEO  |     12:17 "Qalatasaray" dünya çempionunu transfer etmək istəyir  |     12:09 Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib  |     11:57 Bakıda gənc oğlan qaynar suda YANARAQ ÖLDÜ  |     11:52 Nəriman Nərimanov rayonunda istilik PROBLEMİ - VİDEO  |     11:46 Dünyanın ən bahalı zibil torbasının dəyəri 780 milyon dollara çatdı  |     11:22 "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi  |     22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |    

Prezident fərman imzaladı - Güzəştli mənzillərlə bağlı qaydalara dəyişiklik

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişiklik edilib.

Bu Qayda Mənzil İnşaatı Dövlət Agentliyinin, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı mənzilləri vətəndaşlara Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə əldə etməsi şərtlərini və mexanizmini müəyyən edir. Dəyişiklik isə bu Qayda çərçivəsində mənzillərin əvəzləşdirilməsi halları ilə bağlıdır.

Qaydaya əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. İndiyə qədər bu məhdudiyyət Mənzil İnşaatı Dövlət Agentliyinin Agentliyin razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilməyib. Dəyişikliyə əsasən, bu məhdudiyyətin Mənzil İnşaatı Dövlət Agentliyinin Agentliyin razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilməməsi ilə bağlı müddəa ləğv olunub.

Xatırladaq ki, mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilib və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, "İnzibati icraat haqqında" qanun ilə müəyyən edilmiş qaydada baxılıb. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edib. /APAскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 397 13.02.20 20:46