Mojo.az Banner
22:59 Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər  |     22:53 ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı  |     22:46 Xanım sahibkarın ölkədən çıxışına "stop" qoyuldu: 800 minlik borc  |     22:39 Leyla Əliyeva Qretel Agilarla görüşdü - FOTOLAR  |     22:32 Toydan sonra dava düşdü — Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ  |     22:26 Şeyx Əbdül xəstəxanaya yerləşdirildi  |     22:20 Aptekdən dərman alacaq şəxslərin NƏZƏRİNƏ - Bundan sonra...  |     22:12 Bakıda genişmiqyaslı təmir başlayır - 65 milyonluq LAYİHƏ  |     22:04 Zirəddindən İranla bağlı proqnoz: Apreldə  |     21:55 Onlara işıq pulunda güzəşt edilə bilər  |     21:47 Gülyanaq və Mənsum Özbəkistanda təltif olundu - FOTO  |     21:40 Reklamlarda uşaqlarla bağlı dəyişiklik nə vəd edir? – RƏSMİ  |     21:31 Trampdan Venesuela ilə bağlı yeni tapşırıq  |     21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |    
Left Banner
Right Banner

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb - VİDEO

25.12.2019 18:33 3 764
Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb - VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə oxu.az-a açıqlamasında Xalq artisti Brilliant Dadaşova məlumat verib.

Briliant Dadaşova Birinci vitse-prezident Mehriban Əliyevaya özü və ailəsi adından təşəkkürünü bildirib:

“Rafael müəllim xəstəxanaya yerləşdiriləndə mən Moskvada idim. Sonra da tədbirlər və çəkilişlər olduğu üçün proseslərə tam müdaxilə edə bilmədim.

Xəstəxana Rafael müəllimi tam müalicə etmədən evə buraxıb. Evdə onun çox pis ağrıları və tutmaları olub. Mən də Mehriban xanıma və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma müraciət etdim. Ondan sonra Rafael müəllim nəzarətə götürüldü. Hətta Rafael müəllim son vaxtlar özünü belə gümrah hiss etmədiyini deyir. Bu böyük göstəricidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çox mərhəmətli insanlardır. Leyla xanım da çox sağ olsun. Dövlətimiz sənətə və sənətçilərə böyük qiymət verir. Rafael müəllim kimi çox az sayda sənətkarlarımız qalıb”.

Xalq artisti Rafael Dadaşovun vəziyyətinin gözlənildiyindən də yaxşı olduğunu qeyd edib:

“Rafael müəllimə görə hər kəs narahatdır. Vəziyyəti ilə maraqlananlar çoxdur. Həkimlərə və xəstəxanaya minnətdaram. Onu xeyli dəyişiblər. Hətta üç-beş gündə onu beş kilo arıqladıblar. Bu asan iş deyil. Çünki Rafael müəllim çox iştahlıdır.

Bundan öncəki müalicəsi effektsiz olub. Təsəvvür edin ki, ciyərində beş litr su olan insanı xəstəxana pula görə evə buraxıb. Onu ölümlə üz-üzə qoyub. Bu səbəbdən şəxsən Mehriban xanıma müraciət etdim”.



скачать dle 11.3